Şəfəq Hüseynli Avropa Şurası ölkələrinə müraciət edib
Oktyabrın 3-də Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.
azxeber.com xəbər verir ki, mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli təmsil edib.
Tədbiri Avropa Şurasının Baş katibinin müavini Bjorn Berge açaraq qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.
Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solheim və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər. Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. AMADA-nın direktoru, həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.
Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.
Qeyd edək ki, Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.





Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"