"Səfərə çox rahat gedəcəyik" - Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) Bakıda keçirdikləri ilk matç (1:1) haqqında danışıb.
KONKRET.az xəbər verir ki, o, oyundan dərhal sonra "CBC Sport"a açıqlamasında deyib:
"Oyundan çox razı qaldım. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibin 11 futbolçusunun 11-i də topla çox yaxşı davranırdı. Futbolçularım durmadılar, dayanmadılar. İkinci hissədə qol epizodlarımız da oldu. Hər şey cavab matçına qalır. İlk oyunda rəqibi tam tanıya bilmirsən. Amma inanıram ki, bu istəklə cavab matçında istədiyimizi edə biləcəyik".
Mütəxəssis bildirib ki, müdafiə xəttinə yeni futbolçu almağı düşünmürlər: "Düzü, hələlik sırf müdafiə xəttində transfer barədə düşünmürük. Futbolçular bu gün də göstərdilər ki, elə onlar əsas heyətin oyunçularıdırlar".
Qurbanov cavab oyunu üçün xüsusi dəyişiklik etməyəcəklərini söyləyib:
"Dəyişəcək bir şey yoxdur. Sadəcə daha çox iş görmək lazım olacaq. Rəqib öz meydanında oynayacaq. Biz orada buradakından daha çox güc sərf etməli olacağıq. Bəzi detalları analiz edəcəyik. Səfərə çox rahat halda və böyük istəklə gedəcəyik".

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi