Səfir Cahit Bağçı: "Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək

Səfir Cahit Bağçı: "Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcəkSəfir Cahit Bağçı: "Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək"
"Qarabağdakı qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub".
APA-nın xəbərinə görə, bunu bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Türkiyə haqq işində qardaşının yanında dayanaraq hər cür dəstəyi verib və bundan sonra da tərəddüd etmədən Azərbaycanın yanında olmağa və dəstəkləməyə davam edəcək:
"Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu". 
C. Bağçının sözlərinə görə, tarixi abidələrin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərin və əmlakların ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir:
"Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq".
Türkiyə səfiri qeyd edib ki, əsas məqsəd ölkələr arasında əlaqələri siyasi, iqtisadi və mədəni sahələr başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır:
"Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir. Birlikdən qüvvət doğar. Səylərimiz birlik və dirilik üçün olacaq. Biz "gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə" olduğuna inanırıq. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək. Bizim vəzifəmiz iki qardaş xalqın əbədi olaraq bir bədəndə döyünən tək ürək kimi olmasını təmin etməkdir". /oxu.az

Siyasi       Tarix: 03 may 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler