Səfirlik: "Bəzi saytlar Polad Bülbüloğlunun fikirlərini kontekstdən çıxararaq, təxribata əl atıb
Səfirlik: "Bəzi saytlar Polad Bülbüloğlunun fikirlərini kontekstdən çıxararaq, təxribata əl atıb"
İyulun 15-də Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan - Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədilə Səfirliyin binasının önünə gəliblər.
Azərbaycanın Rusiyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Polad Bülbüloğlu onlarla görüşüb.
"Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilib. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq, təxribata əl atıb və bu fikirlərin sanki 24 iyulda səsləndirildiyi barədə yanlış xəbər veriblər.
Bildiririk ki, bu gün səfirliyin qarşısında heç bir toplaşma olmayıb.
Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə təxribatyönlü məlumat yayanlar səfirliyin onsuz da gərgin işinə mane törədirlər", - deyə məlumatda qeyd olunub. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə