Şəhid ailələri və qazilərdən səmərəli təkliflər – JEM-in layihəsinin nəticəsi

Şəhid ailələri və qazilərdən səmərəli təkliflər – JEM-in layihəsinin nəticəsiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) icra etdiyi "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir" layihəsi yekunlaşıb.
Bu barədə JEM-in yaydığı məlumatda bildirilir ki, layihə çərçivısində Missiya TV internet kanalının studiyasında çəkilərək jurnalist Ceyhun Musaoğlunun aparıcılığı ilə təqdim olunan səkkiz verilişdə şəhid ailələri üzvləri və qazilər qonaq qismində iştirak ediblər. 
Verilişlərin qonaqları "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə ilə təltif olunan şəhidimiz Alı Həsənlinin atası Nofəl Həsənli, Azərbaycan Qazilərinin Sosil Durumunun və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, keçmiş hərbi hissə komandiri, qazi Xudu Xudiyev, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhidimiz gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı, "Xocavəndin azad olunması uğrunda" medalına layiq görülən  müharibə əlili Teymur Kərimli, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan XTQ-nin giziri şəhid Kərim Əliyevin atası - birinci Qarabağ müharibəsi qazisi Məhəmməd Əliyev, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, qazi jurnalist Anar Miriyev, Nizami Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant, qazi Taleh Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant, qazi Elmar Hüseynov olub.
Qonaqlar dövlətin bu təbəqənin təmsilçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar, görülən işlərdən razılıqlarını ifadə ediblər. Bununla yanaşı, onlar mənəvi xarakterli çatışmazlıqları da dilə gətirib, bu kimi halların genişlənməsinin qarşısını almaq məqsədilə təkliflərini söyləyiblər. 
Layihə icarçıları şəhid ailələri və qazilərin səsləndirdiyi təklifləri təsnifatlandırıb:  
- Şəhid ailələrinin narazılığını madiyyatla əsalandırmaq yanlış qənaətdir, bu tendensiyanın ictimaiyyətdə vüsət almasına rəvac verilməsin;
- Gələcək nəsillərin milli vətənpərvər ruhda yaşamasına təkan olan effektli əməli fəaliyyət zəifdir: qəhrəman övladları barədə daha çox bədii filmlər çəkilsin, əsərlər, xüsusən romanlar yazılsın;
- Övladları şəhidlik zirvəsinə ucalan xüsusən tək qalmış valideynlərlə mütəmadi ünsiyyət qurulması məqsədilə QHT-lərin könüllülük əsasında təşəbbüs göstərməsinə, yerli məmurların belə təşəbbüsləri dəstəkləməsinə ehtiyac var;
- İşlə təmin olunmaq istəyən müharibə iştirakçılarına maarifləndirici və təşviqedici yöndən istiqmət vermək üsulları modernləşsin. Bu mənada respublika üzrə vakant iş yerlərinin vahid platforma üzərindən təqdimatını qurmaq məqsədəuyğundur. Belədə qazi, yaxud şəhid ailəsi nümayəndəsi məlumatı ümumiləşdirilmiş mənbədən alar, iş yerləri axtarıb tapmaq asanlaşar;
- Şəhid ailələrinin nümayəndələri və qazilər onlara aid qanunlar, imtiyazlar, hüquqlar, dövlətin gördüyü işlər barədə dolğun, dəqiq, sadə şəkildə məlumat ala bilmirlər. Məlumatsızlıq, yaxud yanlış məlumat imtiyazlı təbəqəni çaşqın duruma salır. İcra hakimiyyətlərindəki müvafiq şöbələr məlumatlandırma və maarifləndirmə işini təkminləşdirsin;
- Ümumrespublika üzrə hüquqi maarifləndirmə prosesi dağınıq şəkildədir, pərakəndəlik sistematik yanaşmanın qurulmasına imkan vermir;
- Hər hansı peşəyə yiyələnməyən qazinin iş tələbinə müsbət cavab vermək çətindir;
- Şəhid ailələri nümayəndələrinin və qazilərin cəmiyyətdəki nüfuzundan, yüksək imtiyazlarından sui-istifadə edən dəllal düşüncəli, merkantil xarakterli  adamların bəhrələnmə cəhdləri artıb və bu kimi hallar fəsadlar törədir.
JEM-in yaydığı məlumatda vurğulanır ki, layihənin yükun nəticəsi olaraq, bu təkliflər müvafiq qurumlara, ixtisaslaşmış qeyri-hökümət təşkilatlarına ünvanlanacaq.
Layihənin məqsədi şəhid ailələri və qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.

/ azxeber.com

Sosial       Tarix: 25 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər xeberler bugun metbuat xeberleri oxu.az xeberler