Şəhid bacısı Ağcabədidə qəzaya düşdü - Yaralılar var
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil "VAZ-2106" markalı maşınla toqquşub. Baş verən qəzada "VAZ"da olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
"KİA" markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, "KİA" markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
Fotoda: Məqsəd Həsənov


Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü