Şəhid Əhmədli Elməddinin 25 yaşı qeyd olundu - FOTO
Şəhid Əhmədli Elməddinin 25 yaşı qeyd olundu - FOTO
Vətən müharibəsinin şəhidi Əhmədli Elməddinin doğum günü qeyd edilib.
"Report"un məlumatına görə, şəhidin 25 yaşı tamam olub.
Elməddin Gülverən oğlu Əhmədli 28 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub.
Təzəkənd kənd orta məktəbində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə ilk günlərdən qoşulub.
Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Son dəfə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.
Göstərdiyi igidliklərə görə, Ali Baş Komandan tərəfindən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz evli idi.
Bu gün onun ailəsi ilk dəfə olaraq Elməddinsiz doğum gününü qeyd ediblər. Şəhidinin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi