Şəhid polkovnik-leytenantın atası vəfat etdi

Şəhid polkovnik-leytenantın atası vəfat etdi2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov oktyabrın 19-da vəfat edib.
KONKRET.azModern.az-a istinadən xəbər verir ki, mərhum Tahir Axundov Beyləqan rayonunda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov da həmin məzarlıqda dəfn olunub. Mərhum Tahir Axundov vəsiyyətinə uyğun olaraq oğlunun yanında torpağa tapşırılıb.
Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.
Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.

2007-2009-cu illərdə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib.
2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.
Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını – polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.
"Aprel döyüşləri"nin son şəhidi – polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırılıb. Sənan Axundov Bakıdakı 34 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova ilə evli idi. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.

Hadisə       Tarix: 20 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun cəbhədən son məlumatlar ensonxeberler xeberler