Şəhid Təbriz Cüməzadəyə həsr olunmuş filmin təqdimatı reallaşdı - MİNGƏÇEVİRDƏ
"İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edib. Bu barədə Sonxeber.az saytına QHT-nin mətbuat xidmətindən məlumat verilib.
Təqdimat mərasimini giriş sözü ilə açan İMD-nin sədri Emil Əkbərov Şəhidimizin ailə üzvlərinə başsağlığı verib və dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib: "Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində həlak olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub."
Daha sonra QHT sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Şəhidlərlə bağlı filmlərin çəkilişinin olduqca vacib olduğunu deyib.
Daha sonra Şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.
Sonra tanıtım filmi geniş ictimaiyyətə təqdim olunub.













/ azxeber.com
f Paylaş
Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib