Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu - FOTO

Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu - FOTODünən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.
Ali məktəbə qəbul olanlar arasında Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da var. Şəhidimizin oğlu Orucov Əlihəsən Nail oğlu Memarlıq və İnşaat Universitetinə, xanımı Ağamalıyeva Nigar isə Bakı Dövlət Universitetinə daxil olub.
azxeber.com xəbər verir ki, Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Modern.az-a açıqlamasında çox həyəcanlı, xoşbəxt olduqlarını bildirib.
"Çox xoş oldu. Bu anı çoxdan gözləyirdik. Fikirlərimi sözlərlə ifadə edə bilmirəm. Çox həyəcanlıyıq. Mən 230 balla Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil oldum. Oğlum 371 balla Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə qəbul olub. Şəhidimizin də ruhu şaddır ki, biz bu pilləyə çatmışıq", - o deyib.
Nigar Ağamalıyeva çoxdankı yarımçıq arzusunu bu dəfə oğlu ilə birlikdə tamamlayacağını deyib.
"Mənim 3 övladım var, bu yola çıxdım ki, uşaqlarıma dəstək olum. Bizim yaşam tərzimiz artıq dəyişib. Gərək biz də güclü olaq ki, uşaqlarımız da bizə baxıb ilham alsınlar, güclü olsunlar. Ali məktəbə daxil olmuşdum, sadəcə başa çatdıra bilmədim, problemlər oldu, yarıda qaldı. Çoxdankı, arzum idi. Bu dəfə təhsilimi davam etdirəcəm, övladımla bərabər", - şəhidimizin xanımı qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub, Astara rayonunda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu - FOTOŞəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul oldu - FOTO

Sosial       Tarix: 31 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri