Şəhidin nişanlısı: 'Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim
İtkin düşmüş hesab olunan şəhidin nişanlısı ailə qurmadığını, hər zaman onun yolunu gözlədiyini bildirib.
azxeber.com bunu "Report"a iyulun 4-də Kəlbəcər şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin nişanlısı Sevda Bəhmənqızı özü deyib.
O, Mehmanla müharibədən sonra ailə qurmaq istədiklərini, amma bu arzularının çin olmadığını vurğulayıb:
"Biz ali məktəbdə oxuyanda tanış olmuşduq. Bir ildən çox nişanlı qaldıq. Müharibədən sonra ailə qurmağı niyyət etmişdik. Sonuncu dəfə Ağdama gələndə mənə çoxlu hədiyyələr almışdı.
Mehman gedəndən bir neçə gün sonra yuxuda onun qan içində boğulduğunu gördüm. Bundan bir neçə gün keçmiş qardaşım evə gəlib Taxtabaşı kəndinə ermənilərin hücum etdiklərini və qaynımın yaralandığını xəbər verdi.
Mən ona dedim ki, yox, Mehmana nəsə olub. Qardaşım məni yayındırmağa çalışsa da, təkid etdiyimi görüb, Mehmanın itkin düşdüyünü söylədi.
Ondan sonra ailə qurmadım, bu günə qədər Mehmanın yolunu gözlədim. İndi yeganə təskinliyimiz onun doğma torpağa tapşırılması, ziyarət edəcəyimiz bir məzarının olmasıdır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi