Səhiyyə işçilərinin neçə faizi vaksinasiya edilib? - RƏSMİ
Səhiyyə işçilərinin neçə faizi vaksinasiya edilib? - RƏSMİ
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesi uğurla davam edir. Artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.
Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur. Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və bundan sonra onlar peyvəndin birinci dozasını vurdura bilər.
İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən "Məlumat forması"nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcəkdir.
Qeyd edək ki, yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcəkdir. Sözügedən sistemdən istifadə qaydaları ilə bağlı yaxın günlərdə əlavə təlimatlar veriləcəkdir". /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi