Səhiyyə Nazirliyindən əhaliyə və aptek təşkilatlarına MÜRACİƏT

Səhiyyə Nazirliyindən əhaliyə və aptek təşkilatlarına MÜRACİƏTSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) əhaliyə və aptek təşkilatlarına müraciət edib.
azxeber.com xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.
"Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb.
Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub.
Belə ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər-hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində öz əksini tapır.
Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur", - qurumdan bildirilib.
Qeyd edilib ki, qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək İnzibati tənbeh tədbirləri görülür:
"Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri - vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.
Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.
Əlavə olaraq qeyd etməliyik ki, cənab prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Sosial       Tarix: 18 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler son xabar cəbhədən ən son xəbər xeberler bugun