Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazandı
"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turniri davam edir.
KONKRET.az-ın məlumatına görə, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin ikinci günündə daha 4 oyun keçirib.
Günün ilk görüşündə (5-ci turda – red.) almaniyalı Vinsent Keymer ilə qarşılaşan Şəhriyar qara fiqurlarla məğlub olub.
6-cı turda Məmmədyarovun rəqibi hindistanlı Aditya Mittal olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi qalib gəlib.
Növbəti mərhələdə Rumıniyanı təmsil edən Riçard Rapportla qarşılaşan "Şah" bu dəfə də qara fiqurlarla qələbə qazanıb.
Günün sonuncu, turnirin isə 8-ci turunda yenə ağ fiqurlarla, bu dəfə ispan Anton Quyixarro ilə üz-üzə gələn Məmmədyarov günü qələbə ilə başa vurub.
Beləliklə, Azərbaycan qrossmeysteri 8 oyundan sonra 16 xal toplayıb. O, özbək Nodir Abdusattorovdan (17 xal) geri qalsa da, özü ilə eyni xala malik norveçli Maqnus Karlseni qabaqlayaraq 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib