Şəkərli diabet xəstələrinin dərmanları niyə verilmir?
Şəkər xəstələri dövlətin onlara verdiyi pulsuz dərmanları çətinliklə ala bilirlər. Bəzən isə ümumiyyətlə tapa bilmirlər.
KONKRET.az xəbər verir ki, bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə mütəmadi müraciətlər daxil olur. Eyni zamanda dərman əldə edə bilmək üçün tibb müəssisələrində uzun növbələrdən də şikayətlənirlər.
Paytaxt sakini 72 yaşlı Sahib Sadıqov deyir ki, verilən dərmanların sayı 3 ildir ki, azalıb.
Sahib Sadıqov həm də uzun növbələrdən gileylənir.
65 yaşlı Zərdab sakini Tutu Həsənova da deyir ki, 2-3 aydır ümumiyyətlə dərmanları verilmir.
Bəs xəstələri çarəsiz vəziyyətə salan səbəb nədir?
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın siyahısı və miqdarı, təminat Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Siyahıya uyğun olaraq hər ay dərman preparatlarının verilməsi təmin olunur.
Zamirə Ədilova həmçinin bildirdi ki, ölkədə şəkərli diabet xəstələrinin sayı artdığından bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarına təkliflər edilib və bu, şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. Məsələ ondadır ki, ümidverici təkliflərin nələrdən ibarət olduğu və nə zaman reallaşacağı ilə bağlı qurum rəsmisi hər hansı məlumat vermədi.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu