Şəkərli diabetdən necə qorunmaq olar? - HƏKİM AÇIQLADI
Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam ölür və bu xəstəliyə hamı tutula bilər.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, endokrinoloq Antonina Qureva diabetin qarşısını almaq üçün bir neçə sadə məsləhət verib.
Belə ki, həkimin ilk məsləhəti artıq çəkidən qurtulmaqdır.
Qurevanın sözlərinə görə, bədən kütləsi indeksinin 25 və ya daha çox olması artıq çəki, 30-da yuxarı isə piylənmə hesab olunur.
O, hər gün ən azı 30 dəqiqəlik məşq etməyi (məsələn, qaçış, velosiped sürmə, üzgüçülük) məsləhət görür.
"Lift əvəzinə pilləkənlə çıxmaq, telefonla danışarkən gəzmək və ya işə velosipedlə getmək faydalıdır", – Qureva deyib.
Araşdırmalara görə, aralıq dənizi pəhrizi 2-ci tip diabetə qarşı profilaktik təsir göstərir.
"Xüsusilə pəhriz pozulmuş şəkər və yağ mübadiləsinə kömək edir, insulinin fəaliyyətini yaxşılaşdırır. Gündə 15 qram lif və 1000 kalori tövsiyə olunur. Buna görə də, pəhriziniz tərəvəz və meyvələrlə, eləcə də tam taxıllarla zəngin olmalıdır. Duz və şəkər istehlakını azaldın. Lobya, noxud, mərcimək kimi paxlalılar da qida lifi balansını artırır. Kifayət qədər yuxu alın. Yuxunun olmaması və yuxu pozğunluğu qan şəkərinin səviyyəsinə mənfi təsir göstərir", – deyə o bildirib.
Endokrinoloqun sözlərinə görə, gündə dörd və ya maksimum yeddi fincan qəhvə diabet riskini 25% azalda bilər.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı