Şəkidə minik avtomobilləri toqquşdu, xəsarət alanlar var
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
KONKRET.azxəbər verir ki, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
1967-ci il təvəllüdlü Eldar Əfsər oğlu Umarova məxsus "Ford" markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobillə 1992-ci il təvəllüdlü Bəxtiyar Elşad oğlu Rəhimliyə məxsus "Toyota" markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfər sərnişin (cinsi kişi) "Toyota" markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişin hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi