Səlim Müslümovun həyat yoldaşının da vəziyyəti ağırdır
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müalicəsi davam edir.
Bu barədə "Unikal"a açıqlamasında sabiq nazirin qardaşı Radim Müslümov məlumat verib.
O, qardaşının vəziyyətinin stabil olaraq qaldığını bildirib:
"Səlimin ürəyinə 3 stent qoyublar. Hələ də xəstəxanadadır. Ev dustaqlığına buraxılsa da, hələ ki, Səlimlə görüşə bilməmişəm. Böyük qardaşı olaraq bir dəfə onunla danışmışam, deyib ki, yaxşıyam. Həkimlər də ciddi bir söz demirlər. Ümumiyyətlə, bizim nəsildə ürək-damar xəstəlikləri geniş yayılıb. Həm atam, həm də anam ürək əməliyyatı keçirib. Bir qardaşımız 23 yaşında olarkən ürək xəstəliyindən vəfat edib", - deyə R.Müslümov bildirib.
Radim Müslümov həmçinin qardaşı Səlim Müslümovun həyat yoldaşının da ağır xəstə olduğunu deyib:
"Səlimin həyat yoldaşı Nəzakət xanım da bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O, hazırda Bakıdadır. Xəstəxanada və yaxud evdə müalicə aldığına dair məlumatım yoxdur", - deyə o əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı