Səməd Səmədovun nəvəsi: "Arzulayırdım ki, toyumda iştirak edəsən
Xalq artisti Səməd Səmədovun Rusiyada yaşayan nəvəsi Səməd babasının vəfatı ilə bağlı paylaşım edib.
Azxeber.com xəbər verir ki, o sosial şəbəkə hesabında babası ilə uşaqlıq şəklini yayımlayaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Ən yaxşı baba. Elə arzulayırdım ki, toyumda iştirak edəsən, amma bu gün sən yoxsan. Dünyada elə bir adam yoxdur ki, sənin haqqında nəsə pis bir şey danışsın. Sən mənə çox şey öyrətdin. Sənə minnətdaram, hər şeyə görə çox sağ ol. Sən kralsan və qəlblərdə elə qalacaqsan. Ailəmiz və xalqımız üçün böyük itkisən. Həmişə olduğu kimi mənimlə fəxr edəcəksən. Səni sevirəm. Allah rəhmət eləsin".
Qeyd edək ki, Xalq artisti Səməd Səmədov bir neçə gün əvvəl ağır vəziyyətdə tənəffüs çatışmazlığı diaqnozu ilə klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Həmin vaxt sənətçidə kəskin böyrək çatışmazlığı aşkarlanıb. Həkimlərin səyinə baxmayaraq, 15-16 saat reanimasiyada qalan Xalq artistinin ürəyi dayanıb və o vəfat edib.

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi