Semenovski: "Rusiya regiondan çıxmamaq üçün güclü müqavimət göstərəcək"
" class="imgbcode" />"Rusiya Ermənistan tərəfinin son bəyanatlarını mənfi qarşılayır. Moskva hesab edir ki, bu bəyanatların mənbəyi erməni xalqı deyil, İrəvanda hakimiyyətdə olan rejimdir".
KONKRET.azxəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq və ictimai hüquq kafedrasının dosenti İqor Semenovski bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-ni tərk etməsi haqqında mövqeyi getdikcə aydınlaşır: "Qərb kuratorlarının diqtəsi ilə bu bəyanatlar ortalığa atılıb. Moskva, təbii ki, kənardan istənilən diktənin qarşısını gec-tez alacaq. Bu baxımdan Ermənistan hakimiyyətinin son hərəkətləri dəyişən qlobal mənzərə kontekstində başadüşülən deyil. Çünki Ermənistan Cənubi Qafqazda Qərb üçün alver predmetinə çevrilir. Bu isə suveren Ermənistan dövlətçiliyi üçün strateji səhvə gətirib çıxaracaq.
Artıq Ermənistan nəinki Cənubi Qafqazda, o cümlədən Rusiyada nüfuzunu əhəmiyyətli dərəcədə itirib. Növbəti anti-Rusiya kursu daha böyük nəticələrə gətirib çıxaracaq, ölkənin təhlükəsizliyi pozulacaq.
Rusiya Qərbə dirəniş edəcək, regiondan çıxmamaq üçün güclü müqavimət göstərəcək. Bundan əlavə, Rusiya şübhəsiz ki, Ermənistan cəmiyyətini iqtisadi rıçaqlar vasitəsilə erməni biznesinə və müvafiq sahədə çalışan vətəndaşlara birbaşa təsir edəcək. Ermənistanla Rusiya arasında mədəni-humanitar əlaqələr çox güclüdür və onları çox tez pozmaq mümkün olmayacaq – təməl budur".
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz