Şəmkirdə evə basqını sabiq məmur törədibmiş - FOTO

Şəmkirdə evə basqını sabiq məmur törədibmiş - FOTO2021-ci ilin avqustun 6-da Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakininin evinə basqın edərək ev sahibinin əl-qolunu bağlayan, pul və qızıl-zinət əşyaları tələb edən şəxslərə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, elə həmin il rayon sakini Salman Mustafayev, tanışları Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu Eynur Mustafayev saxlanılıblar.
Məhkəmədə təqsirləndirilən şəxs qismində 1989-cı il təvəllüdlü Şəmkir rayonu Könüllü kənd sakini Eynur Mustafayev, 1984-cı il təvəllüdlü Təzəkənd kənd sakini Rasim Süleymanov və 1963-cü il təvəllüdlü Sarıtəpə kənd sakini Nizami Əhmədzadə tanınıblar.
Aparılan araşdırma zamanı məlum olub ki, cinayət hadisəsi Eynur Mustafayevin qayınatasının ata evində törədilib. Hadisənin törədilməsinə isə Eynur Mustafayevin əmisi Salman Mustafayevin qumarda külli miqdarda pul uduzaraq, borca düşməsi səbəb olub.
Salman Mustafayev uzun illər Şəmkir Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib. Hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov onu Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda "Aktiv" ləqəbi ilə tanınan Salman Mustafayev sözügedən vəzifədən çıxdıqdan sonra qumar oynamağa başlayıb və həm də üzərində silah gəzdirirmiş.
Qumarda uduzan Salman Mustafayev qardaşı oğlundan ona verdiyi pulu geri qaytarmasını istəyib. Eynur Mustafayev pulunun olmadığını və arvadının babasının yaxşı imkanının olduğunu deyib. Onlar razılaşaraq sözügedən evdən quldurluq etməyi planlaşdırıblar. Elə bu məqsədlə Salman Mustafayev qardaşı oğlu ilə birlikdə əvvəlcədən tanıdığı Rasim Süleymanovu və Nizami Əhmədzadəni özləri kənarda gözləməklə sözügedən evə basqına göndəriblər. Onlar evdən heç nə tapa bilməyib, hadisə yerindən uzaqlaşıblar.
Məhkəmənin hökmü ilə Eynur Mustafayev, Nizami Əhmədzadə və Rasim Süleymanov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, hər biri 9 il azadlıqdan məhrum edilib. Hadisənin təşkilatçısı, üzərində "TT" markalı tapança ilə saxlanılan Salman Mustafayevə hər hansı cəzanın verilib-verilməməsindən xəbər yoxdur.
Şəmkirdə evə basqını sabiq məmur törədibmiş - FOTOŞəmkirdə evə basqını sabiq məmur törədibmiş - FOTO

Sosial       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeber azerbaycan son xeber bugun xeber saytlari son xeberler bugun