"Sən qorxaq, sən qul, sən ermənisən" ifadəsini çeçenlər deyib" - Erməni yazıçıdan sərsəm açıqlama

19-cu əsrin əvvəlində rusların kütləvi Cənubi Qafqaza gətirdiyi ermənilər zaman-zaman regionda məskunlaşıblar. 1828-ci il martın 21-də "Erməni vilayəti"ni ermənilərə hədiyyə edən ruslar, daha sonra İran və Türkiyə ərazilərindən yeni vilayətə ermənilərin kütləvi köçünü təşkil ediblər. Məqsəd Cənubi Qafqazda erməni əhalisinin sayını çoxaltmaq və erməni dövlətinin təməlini qoymaq idi. Osmanlı imperiyasına xəyanət edən ermənilər məhz rusların əmrini icra edirdi. Tarixin sonrakı mərhələləri də sübut etdi ki, hazırkı Ermənistan Rusiyanın "sənət əsəri"dir. Cənubi Qafqazda-Türkiyə ilə Azərbaycan arasına qara zolaq kimi salınan Ermənistan son iki yüz ildə Rusiyanın dəstəyi sayəsində regionda mövcud olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında da rusların böyük xidmətləri faktlarla sübut edilib. Üç il əvvəl 44 günlük Vətən müharibəsində də Rusiyanın Ermənistanı dəstəkləməsi hər birimizin gözünün qarşısında baş verib.
İndi isə Ermənistanda öz ağalarına qarşı baş qaldıran qüvvələr anti-Rusiya mövqeyi tutublar.
Həmin qüvvələrin Rusiyaya qarşı kampaniya aparması Ermənistanın müəyyən dairələrində narahatlıq yaradıb. Müxtəlif platformalarda Rusiya əleyhinə təbliğat aparan Qərb yönümlü siyasətçilər tezliklə rusların Ermənistandan çıxıb getməsi üçün çağırışlar edirlər. Avropa Partiyasının sədri Tiqran Xzmalyanın Ermənistandakı bütün rus abidələrinin sökülməsini təklif etməsi düşmən ölkədəki rusiyapərəst qüvvələri özündən çıxarıb.
Məsələyə dərhal münasibət bildirən "Rusiya ilə güclü Ermənistan" birliyinin sədri Abqar Apinyan bunu psixi xəstəlik adlandırıb:
"2018-ci ildən sonra bu xəstəlik yeni mərhələyə qədəm qoyub. Tuxikyan parlamentdə Rusiya kanallarının bağlanmasını təklif etdi, sonra mədəniyyət nazirinin müavini olarkən məni Yazıçılar İttifaqını Rusiya Yazıçılar İttifaqı ilə əməkdaşlığa görə danladı. Bu yanaşma ilə biz 44 günlük müharibədə dəhşətli məğlubiyyətə uğradıq. Bu gün siyasi meydanda ciddi fiqurlar əvəzinə xəstə təxəyyülü adamlar görünür, amma anlamırlar ki, onların başladıqları oyun bütün xalqımızın faciəsinə səbəb olacaq. Milli xainlər İrəvanın mərkəzində Puşkinin adına küçə və məktəbin olmasını rüsvayçılıq hesab edirlər. Bu gün də ziyalılarımız avantüra cəhdini qətiyyətlə rədd etməlidir. İrəvan Dövlət Universitetində yüksək keyfiyyətli mühazirə oxumağa mane olan Puşkindir, Qoqoldur yoxsa Dostoyevskidir?"
Puşkinin ermənilər haqqında – "sən qorxaqsan, sən qulsan, sən ermənisən" ifadəsi erməniləri qıcıqlandırır və Apinyan məsələyə bu cür münasibət bildirib.
"Bu, ciddi sualdır və peşəkar şərh tələb edir. Tanınmış ədəbiyyatşünaslarımız bu məsələyə dəfələrlə müraciət ediblər və daha dolğun araşdırma baxımından akademik Edvard Jrbaşyanın "Puşkin və erməni şairləri" kitabı ilə tanış olmağı tövsiyə edirəm. İzahı budur: "sən qorxaqsan, sən qulsan, sən ermənisən" ifadəsini hərfi mənada Puşkinə aid etmək düzgün deyil, çünki "Tazit" şeirində çeçen Qasub həmin sözləri oğlu Tazitə deyir. Tazit atasının vəsiyyətini yerinə yetirmir və ona görə də atası onu erməni adlandırır".
Ermənistanda isə anti-Rusiya kampaniyası davam edir. Rusiya əleyhinə başlanan təbliğat dövlət səviyyəsində aparılır və müttəfiqliyin fərqində olmayan qüvvələr rusların Ermənistandan çıxarılmasını tələb edirlər. Gümrüdəki Rusiya hərbi bazasının qarşısında keçirilən aksiyalar, İrəvandakı Rusiya səfirliyi önündəki mitinqlər ermənilərin müttəfiqlərinə bir mesajıdır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli