Sənaye sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri "CASPINDEXPO 2019" Sərgisində - FOTO
Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini bu gün Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində ("CASPINDEXPO 2019") nümayiş etdirir.
Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.
Sərgi çərçivəsində KOB-lar sərgi ziyarətçilərinə öz məhsul və xidmətlərini təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar.
Noyabrın 8-dək davam edəcək "CASPINDEXPO 2019" Sərgisində Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra ölkələrin sənaye sahəsində fəaliyyət göstərən şirkətləri də təmsil olunur.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib