Separatçı-terrorçu Avakyan Rusiyada həbs edildi
Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu tör-töküntülərinin "təmsilçi"lərindən olan Boris Avakyan Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Avakyanın saxlanılması ilə bağlı əməliyyat şəhərdəki restoranların birində həyata keçirilib.
İstintaq müəyyənləşdirib ki, Avakyan cinayətkar qruplaşma təşkil edərək ucuz tikinti materialları adı altında Rusiya ərazisinə texnika idxal edib. Cinayətkar qruplaşmanın vurduğu ziyan təxminən 1 milyon rubl dəyərində qiymətləndirilir.
Saxlanılan zaman Avakyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin qaçaqmalçılıq şöbəsinin keçmiş rəhbəri İqor Oleynikovla birlikdə restoranda olub.
Məlumata görə, Boris Avakyan bir dəfə də saxlanılıb. Lakin ev dustaqlığından qaçaraq Fransaya sığınıb. Bir müddət sonra o, Ermənistana gələrək "yüksək vəzifə" tutub.
Qeyd edək ki, B.Avakyan separatçı-terrorçuların "təhlükəsizlik xidməti"nin direktor müavini olub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək