Separatçılar, hərbi canilər "siyasi məhbus" siyahısında - Qərbin yeni oyunu

Separatçılar, hərbi canilər Qərbin erməni lobbisinin təsiri altında olan dairələrinin ölkəmizə qarşı növbəti qərəzli kampaniyası start götürüb. Erməni lobbisindən yemlənən dairələrin qərəzi o həddə çatıb ki, elementar beynəlxalq hüquq normaları və prinsipləri belə nəzərə alınmır. Fransa başda olmaqla, bəzi Avropa ölkələrində Azərbaycana qarşı "qərəz maşını" işə salınıb. Riyakarlıq o həddə çatıb ki, hərbi cinayətlərdə ittiham olunaraq həbs edilən erməni separatçılar "siyasi məhbus" elan edilib.
KONKRET.az xəbər verir ki, Fransa yenə də bu iyrənc və riyakar kampaniyada öndə gedir. Hətta ölkədə daşnaklarla birləşib biabırçı siyahı da hazırlayıblar.
55 nəfərlik bu siyahıda kimlərin adı yoxdur? 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adlarına rast gəlmək mümkündür. Məhkəmə qərarı olmadan bu şəxslərin günahsız olduğunu, hətta "siyasi məhbus" elan edən Qərb dairələri, sözsüz ki, bununla da Azərbaycana qarşı təzyiq kampaniyasına start veriblər.
Separatçılar, hərbi canilər Prezident Emmanuel Makron və komandasında təmsil olunanların erməni lobbisindən aldığı vəsaitləri doğrultmaq üçün dəridən-qabıqdan çıxdıqları bəllidir. Bu kampaniya ilə isə bütün əndazələri aşmış olublar.
Qatı ermənipərəst mövqeləri ilə tanınan Paris meri Ann İdalqo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo və siyahıda adı hallanan digər şəxslərin hərbi cinayətlərdə əli olduqları barədə tutarlı faktlar olduğu halda, həyasızcasına onlar "siyasi məhbus" kimi təqdim olunub. Bu günlərdə barəsində uzunmüddətli həbs qərarı çıxarılan Xocalının Meşəli kəndində törədilən soyqırımının rəhbəri Vaqif Xaçatryanın adını isə nədənsə siyahıya salmaq istəməyiblər. Görünür, erməni cəlladın etirafları onları fikrindən daşındırıb. Erməni mediasında yer alan xəbərlərə görə, Fransada keçirilən tədbirlərdən birində Azərbaycan düşməni olan xeyli şəxs cəmləşib. Onları bir yerə yığan şəxs isə Fransada yerləşən erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmtəsisçisi Murad Papazyandır.
Separatçılar, hərbi canilər Luis Moreno Okamponun adı hər kəsə yaxşı məlumdur. Bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan bu şəxsin Gəncə və digər şəhərlərimizin bombalanmasına şəxsən əmr verdiyini etiraf edən, 44 günlük müharibə zamanı insanlıq əleyhinə cinayətlər törətmiş Araik Arutunyanla sıx dostluq münasibətləri var.
Okamponun yeni kampaniyada öndə getməsi də təsadüfi deyil. Belə ki, onunla qondarma qurumun keçmiş rəyhbəri Araik Arutyunyanla işbirliyi olub. Bu barədə mediada da dəfələrlə yazılıb. Vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib. Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda "humanitar fəlakət" yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu.
Qeyd edək ki, Okamponun separatçılarla əlaqələri 13 il bundan əvvəl, 2010-cu ildə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edən bu şəxs o zaman Ermənistan prezidenti olmuş Serj Sarkisyanla görüşüb. Beş il sonra isə Okampo "Soyqırımı cinayətinə qarşı" forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.
Separatçılar, hərbi canilər Yeri gəlmişkən, böhtan kampaniyasına qoşulanlar arasında nə qədər qəribə və təəccüblü səslənsə də, Parisin 62 yaşlı meri Ann İdalqo da var. Onu da separatçıların lideri Araik Arutyunyanla sıx əlaqələr bağlayır. Zəngəzura gəlib, separatçıların lideri Araik Arutyunyanla onlayn mətbuat konfransı keçirib, Azərbaycana qarşı hədyanlar yağdırdığı yaddan çıxmayıb. Bu da təəccüblü deyil. Belə ki, onun müavinlərindən biri – Anuş Toronyan ermənidir. Paris meri anti-Azərbaycan, anti-Türkiyə çıxışları ilə tanınır. Qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. Yəni o, Fransa hakimiyyətinin qatı ermənipərəst siyasətinin ən fəal təbliğatçısıdır.
Beləliklə, Qərbin, xüsusən də Fransanın erməni dairələri ilə birlikdə başladığı yeni çirkin "məhbus oyunu"nun hədəfi bəllidir. Hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl olmaq, bölgədə qarşıdurma yaratmaqdır. Ermənistan da bu oyunun iştirakçısına çevrilib. Lakin bəllidir, bütün əvvəlki qərəzli kampaniyalar kimi, bu da iflasla nəticələnəcək.Report

Siyasi       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler son xeber az axsam az xeberler idman xeberleri