Serbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLAR

Serbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARAzərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirakı bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
KONKRET.az xəbər verir ki, "Tanjug", "RTV", "Novosti", "Politika", "Pravda", "b92", "NSPM", "Vesti", "PRVA" kimi informasiya agentlikləri və xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin açılış mərasimdəki çıxışından sitatlara yer verilib. Azərbaycan Prezidentinin interkonnektorun istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına, o cümlədən təkcə Serbiyanın deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini vurğuladığı qeyd olunur.
Prezident İlham Əliyevin bugünkü açılış mərasimini dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırdığı, Serbiyanın Azərbaycan təbii qazı alacaq doqquzuncu ölkə olacağını qeyd etdiyi bildirilir.
Məqalələrdə Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, iki ölkənin strateji tərəfdaş olduğu qeyd olunur. Layihənin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi xüsusi vurğulanır.
Bildirilir ki, Serbiya tərəfinin "Bulgartransgaz" şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.
İnterkonnektor Serbiyanın Avropanın təbii qaz xəritəsindəki mövqeyini gücləndirəcək. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır.
Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.//Azərtac
Serbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLARSerbiya mətbuatı İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırdı - FOTOLAR

Siyasi       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri sou xeberler bugun qurban bayrami 2026 meherremlik 2026