Serbiyada kritik seçkilər - Vuçiç hakimiyyətini itirə bilər

Serbiyada kritik seçkilər - Vuçiç hakimiyyətini itirə bilərBu gün- dekabrın 17-də Serbiyada növbədənkənar parlament və  bələdiyyə seçkiləri keçirilir. 2012-ci ildən bəri ilk dəfədir ki, seçkilərdə sürpriz nəticələr ola biləcəyi proqnozlaşdırılır.
Demək olar ki, on ilə yaxındır ki, hazırkı prezident Aleksandr Vuçiçin Serb Tərəqqi Partiyası  seçkilərdə parlaq qələbə qazanıb. Son aylar isə bu mövqe xeyli zəifləyib və Vuçiç serb siyasi sistemində üstünlüyünü təsdiqləmək üçün erkən seçkilərə qərar verib. Vuçiçin gözlənilən nəticələrdən narahat olduğunu onun siyasi kampaniyasının tempi və miqyası da sübut edib. Kampaniyanın davam etdiyi 44 gün ərzində Vuçiç milli televiziya kanallarında 45 dəfə çıxış edib.
Vuçiç üçün vəziyyətin ciddiliyini heç bir araşdırma agentliyinin seçkilər öncəsi partiyaların reytinqi ilə bağlı təhlilini dərc etməməsi də təsdiqləyir.  Ciddi mərkəzlər hər seçkilər öncəsi adətən, belə rəy sorğuları keçirib, lakin indi cəmiyyət o qədər qütbləşib ki, istənilən nəticə  tərəflər arasında narazılıq doğurur.
Serbiyada kritik seçkilər - Vuçiç hakimiyyətini itirə bilərAmma  əksər sosioloqlar konkret rəy sorğularına istinad etmədən birləşmiş liberal müxalifətin Vuçiçin parlamentindəki səs çoxluğuna birbaşa təhlükə ola bilməyəcəyini proqnozlaşdırırlar. Bununla belə, Serbiyadakı əksər politoloqlar Belqradda yerli seçkilərdə liberal müxalifətin qələbəsini  real hesab edir.
Vuçiçin partiyası ilə rəqabət aparan blok "Serbiya zorakılığa qarşı" adlanır. Bu, liberal, sosial-demokrat və ekoloji partiyaların koalisiyasıdır.
Bildirilir ki, Vuçiçin Serb Tərəqqi Partiyası və onu dəstək verənlərin reytinqi 40%-ə yaxındır. Birləşmiş liberal müxalifətin isə reytinqi 35%-ə çatır. Belqradda Vuçiçin partiyasının reytinqi  liberallar isə müqayisədə cüzi də olsa, azdır.
2012-ci ildə olduğu kimi bu seçkilərdə də əsas fiqurlardan biri xarici işlər naziri və Vuçiçin siyasi müttəfiqi İvitsa Daçiç ola bilər. Nazir və prezident ictimaiyyət arasında yaxşı münasibətlərini  saxlayırlar, amma göz qabağındadır ki, əslində onlar rəqibdirlər.  Daçiç əlverişli anda Vucic ilə ittifaqını liberallarla  koalisiyaya dəyişə bilər. Vuçiç  Serbiya  parlamentində çoxluğu əldə etmək üçün indilikdə Daçiçin dəstəyinə ciddi ehtiyacı var.

Vuçiç üçün millətçilərin də bu gün necə səsə verəcəyi əsasdır.  Miloş Yovanoviç və  Boşko Obradoviç rəhbərlik etdiyi millətçi partiyalar anti-Qərb mövqeyi ilə seçilirlər. Lakin Miloş Yovanoviç seçkilərdən sonra liberal blokla əməkdaşlığa hazırdır, digər millətçi kəsim isə müxalif bloka  qarşıdır. Millətçilər populyarlıq səviyyəsinə görə deyil, seçkidən sonrakı tərəfdaşlıq perspektivlərinə görə vacibdir. Məhz onların kimə dəstək verməsi xüsusən də Belqradda  həlledici amil ola bilər. Miloş Yovanoviç paytaxtda üstün səs toplayarsa,  Vuçiçin partiyası  Belqradda ciddi səs itirə bilər.
Ekspertlərə görə, indiki mərhələdə çətin ki, liberal blok  ölkədə qanunverici hakimiyyəti ələ keçirə bilsin. Vuçiç hələ də çox güclüdür və  ona dəstək verən inzibati resurslara malikdir. Amma Belqradda liberal blokun səs çoxluğu əldə etmək üçün real şansı var, xüsusən də yuxarıda bəhs etdiyimiz kimi millətçilərlə razılığa gəlmək mümkün olsa… Musavat.com / konkret.az

Siyasi       Tarix: 17 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda