Serbiyadan dünyaya açılan enerji dolu Azərbaycan həqiqəti – Uğurun həcmi və səbəbi

Serbiyadan dünyaya açılan enerji dolu Azərbaycan həqiqəti – Uğurun həcmi və səbəbi"Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılması Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndiyini təsdiq edən növbəti hadisədir.   Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-u Niş şəhərində keçirilən açılış mərasmindəki çıxışında bu münasibətlə xalqı təbrik etməsi və səsləndirdiyi rəqəmlər onu deməyə əsas verir ki, ölkəmiz təbii qaz, alternativ, o cümlədən yaşıl enerji istehsalçı, ixracatçısı olaraq böyük uğurlara imza atıb".
Bu açıqlama Jurnalist Ekspert Mərkəzinin yaydığı məlumatda əksini tapıb.
JEM ölkə başçısının çıxışındakı faktları təsnifatlandıraraq təqdim edib:
- Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna uyğun olaraq, 2021-ci ildə Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən çox olub, hazırda 12 milyard kubmetrə çatır. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
- Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artıracaq.
-Təbii qazın ixrac edildiyi doqquz ölkənin yeddisi Avropa ölkəsidir.
- Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır.
- Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometrdir.
- Bolqarıstana iki il öncə göndərilməyə başlanılan qaz təhcizatı 2021-ci ildə 270 milyon, 2022-də 500 milyon kubmetr həcmdə olub. Bu il ixrac 1 milyard kubmetrə çatdırılacaq.
- Azərbaycanın Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa İttifaqı ilə əlaqələri sürətlə inkişaf edir və plan Avropa məkanında yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır.
- Azərbaycanın irəli sürdüyü, icra etdiyi layihələr nəticəsndə Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsi böyük dərəcədə yenidən tərtib edilib.
- Azərbaycan 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə investorlarla sazişlər və anlaşma memorandumları imzalayıb.
- Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Bakıda keçirilməsinə şərait yaratdılar.
"Prezident İlham Əliyevin Azərbaycanın zəngin neft və qaz resursları olduğuna diqqət çəkərək gələcəyin təmiz yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı oldğunu söyləməsi, "Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir" fikrini vurğulaması nəinki ölkəmiz, dünya üçün şad xəbərdir" – təşkilatın yaydığı məlumatda qeyd olunub. 
JEM ölkə başçısının Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışının məzmununa istinadən Azərbaycanın uğurlarının səbəbini mənəvi aspektdən belə dəyərləndirib:
-  Sadiqlik; dostluq; səmimiyyət; şəffaflıq; strateji tərəfdaşlıq; qarşılıqlı anlaşma, planetin təhlükəsizliyinə töhfə vermək bacarığı.  / azxeber.com

Siyasi       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər