Sergey Lavrov: 'Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxıb
"Aramızdakı görüş Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni səviyyədə, müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsində olduğu dövrə təsadüf edir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə söyləyib.
"Vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün istənilən fürsət çox qiymətlidir. Onu da qeyd edim ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik, bir sıra rəngarəng, parlaq tədbirlər hazırlanır və yaxın vaxtlarda Rusiya-Azərbaycan sənədləri toplusu nəşrə hazırlanmalıdır".
Rusiya xarici işlər naziri Moskva ilə Bakı arasında iqtisadi əməkdaşlığa da diqqət çəkib: "İki həftə əvvəl Bakıda növbəti toplantı keçirilib. Bizə elə gəlir ki, liderlərimizin bütün qərarları istiqamətində hərəkət etmək çox, çox faydalı olub. Biz ümid edirik ki, ilin ikinci yarısında vaxtilə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş növbəti regionlararası forumun təşkili mümkün olacaq".
//Report
Xidmetler [newsid: 0-123300]

İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test