Sergey Lavrov: "Üsyançılar Moskvaya doğru irəliləsəydi, qan töküləcəkdi"
Rusiyada dövlət çevrilişinə cəhd baş tutmadı və üsyançılar geri çəkildilər. İyunun 24-də baş verən hadisələr cəmi bir neçə saat davam etdi və Belarus prezidentinin müdaxiləsindən sonra təhlükə sovuşdu.
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Lukaşenkonun bu işdə səyini yüksək qiymətləndirib. Rusiya telekanallarına müsahibəsində Lavrov qeyd edib ki, Aleksandr Lukaşenko şənbə günü Rusiya Prezidenti Vladimir Putinə vəziyyəti sülh yolu ilə həll etməyi təklif edib:
"Lukaşenko iyunun 24-də səhər Prezident Putinlə telefon danışığı zamanı problemin həlli üçün səy göstərəcəyini deyib və buna da nail olub. Əgər üsyançılar Moskvaya doğru irəliləməkdə davam etsəydilər, çox güman ki, qan töküləcəkdi. Ona görə də Lukaşenkonun vəziyyəti dinc yolla həll etmək çağrışını Putin dəstəkləyib. Nəticəni isə siz bilirsiniz", – deyə Lavrov bildirib.
Vəli Həsənov,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi