Sergey Markov: "Azərbaycan hərbi qələbəyə yaxındır

Sergey Markov: "Azərbaycan hərbi qələbəyə yaxındırSergey Markov: "Azərbaycan hərbi qələbəyə yaxındır"
"Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin cənub mövqelərini ələ keçirib atəşlə öz nəzarəti altına alacaq".
Bu barədə rusiyalı politoloq Sergey Markov öz "Facebook" səhifəsində yazıb.
O, yazısında qeyd edir ki, şimal dəhlizi təxminən bir həftə əvvəl bloklanmışdı:
"Orada hər tərəf atəş altındadır. Azərbaycan ordusu havada üstünlüyü tamamilə öz nəzarəti altına alıb. Dağlıq Qarabağın cənub dəhlizi hərbi blokadaya alınandan sonra Ermənistan ordusu çıxılmaz vəziyyətdə qalacaq. Artıq bu zaman müharibənin davam etdirilməsi hərbi geyimdə olan insanların məhvinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil",
Rusiyalı siyasi şərhçi hadisələrin davamına dair də proqnozunu verib.
"Buna görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq atəşkəs yox, sülh danışıqları olacaq. Sülhün şərtləri barədə. Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılmasının şərtləri barədə. Həmçinin erməni əhalisinin vəziyyəti haqqında. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı bu barədə idi, baxmayaraq ki, o vaxt bunu hamı anlamadı. Putin isə bir neçə saatdan sonra bölgədəki geosiyasi vəziyyətin kökündən dəyişəcəyini bilirdi. Azərbaycan hərbi qələbəyə yaxındır". 
Sergey Markov: "Azərbaycan hərbi qələbəyə yaxındır

Siyasi       Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət en son xeberleri en son xəbərlər bugün cəbhədən görüntüleri