Sergey Markov: "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyi tamamilə aydındır

Sergey Markov: "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyi tamamilə aydındırSergey Markov: "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyi tamamilə aydındır"
Rusiya Xarici İşlər naziri  Sergey Lavrovun "Trud" qəzetinə verdiyi müsahibədə Ermənistanın Azərbaycan boru kəmərlərindən 15 kilometr məsafədəki keçid məntəqəsini yenidən bərpa etmək qərarının iyul ayında eskalasiyaya təkan verməsi barədə sözləri Ermənistanda gözlənilən qəzəbə səbəb olub.
Erməni fəal Erna Aslanyanın yazdığı kimi: "Kreml Ermənistanı münaqişəni başlamaqda və alovlandırmaqda ittiham etdi. Rusiyanın fikrincə, Ermənistan Azərbaycanın "artan narahatlığına" "əsassız cavab verdi". Yeni aqressiya olarsa, Rusiyadan real kömək gözləyən kimsə varmı?"
Lakin bir daha aydın oldu ki, erməni tərəfinin sərhəddə vəziyyətin alovlanmasında Azərbaycanı günahlandırması ilə bağlı versiyası tamamilə əsassızdır.
Tanınmış rus ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Media.Az-a müsahibəsində Rusiya Xarici İşlər (XİN) naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirib.
- Rusiya XİN başçısı Sergey Lavrovun açıqlamalarından sonra yenidən suallar yarandı. Sərhəddəki vəziyyəti gərginləşdirən İrəvan hansı məqsədləri güdürdü?
- Bu məsələ ilə məşğul olan əksər mütəxəssislər Nikol Paşinyanın bu böhranı niyə təhrik etməsi ilə bağlı suallara cavab tapa bilmirlər. Bir neçə versiya var.
Birinci. Nikol Paşinyan daxili siyasi böhrandan çıxmağa və vətənpərvər yönümlü cəmiyyəti öz tərəfinə çəkməyə çalışdı. Bununla da reytinqini artıra bilər.
İkinci. Bu təxribat, əvvəlki hökumət nümayəndələri - Robert Koçaryan və Serj Sarqısyan da daxil olmaqla, daxili düşmənlərə qarşı repressiyalardan diqqəti kənarlaşdırmağa yönəldilib.
Üçüncü. Bu, "Kazan formulu"nun həyata keçirilməsinə nail olmaq məqsədi ilə qurulmuş hiyləgər plan idi, hansı ki, İrəvanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayon Bakıya qayıtmalı idi. Paşinyan bu planı yerinə yetirmək istəyir, çünki bunun qarşılığında Azərbaycan və Türkiyənin iqtisadi blokadasının qaldırılmasına nail olacaq.
Lakin Ermənistanın baş naziri radikallardan qorxaraq bunu etməkdən çəkinir və buna görə də bu məsuliyyəti beynəlxalq ictimaiyyətlə bölüşməyə çalışa bilər. Bir böhrana təhriklə , ATƏT-in Minsk Qrupunun həmsədrlərini cəlb edərək "Kazan formula"na beynəlxalq vasitəçilərin təzyiqi altında razılaşmağa nail olmaq olar.
Bütün bu versiyalar təxribat üçün yerin məhz Azərbaycanla Ermənistanın sərhəddində seçilməsini də izah edir. Əgər Qarabağdakı təmas xəttində hansısa təxribat olsaydı, o zaman Azərbaycan həlledici hücuma keçəcək, çünki KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müqaviləsi bu (işğal olunmuş - red.) ərazini qorumur .
- İstər rəsmi İrəvan, istərsə də separatçı rejimin nümayəndələri daim Azərbaycan ərazisinə zərbə endirməklə hədələyirlər...
- Ermənistan rəhbərliyi sadəcə seçicilərin gözü qarşısında daha güclü görünmək istəyir. Bu, həm də Nikol Paşinyana hörmət etməyən ordu üçün bir mesajdır. Ermənistanın baş naziri həmçinin Rusiya, Türkiyə, Azərbaycanın gözündə güclü görünmək istəyir...
- Ancaq eyni zamanda, Ermənistan işğal olunmuş Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanımağa cəsarət etmir, baxmayaraq ki, özünü elan etmiş rejimin "təhlükəsizlik qarantı" olduğunu bəyan edir...
- İrəvan  ("DQR"-ı tanımayaraq - red.) Dağlıq Qarabağın bir növ müstəqilliyini göstərməyə çalışır. Halbuki, bu ərazinin Ermənistan tərəfindən işğalı çox aydındır. Erməni çağırışçılarının orada hərbi xidmət etməsi bunun təsdiqi üçün kifayətdir. /oxu.az

Siyasi       Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az