Sergey Şoyqudan İrəvana ultimatum: "Eyni yerlə müxtəlif qatarlarda oturmaq olmaz"

Sergey Şoyqudan İrəvana ultimatum: Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəsmi İrəvana "ölkəsinə və xalqına uyğun olan qatarı seçməyi" məsləhət görüb.
KONKRET.az xəbər verir ki, rusiyalı rəsmi bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərin Ermənistanın KTMT-dəki üzvlüyü və avrointeqrasiya planları ilə bağlı sualına cavab verən Şoyqu bədii sitatla xəbərdarlıq edib:
"Qubermanın belə məşhur bir şeiri var: "Eyni yerlə müxtəlif qatarlarda oturmaq olmaz". Ona görə də hər halda eyni yolda olan qatarı seçməlisən. Sənin ölkənə, sənin xalqına uyğun olan qatarı".
Şoyqu diqqəti Ermənistanın hələ də rəsmi olaraq KTMT-nin tərkibində qalmasına, lakin Təhlükəsizlik Şurası katiblərinin bugünkü iclasının yenə də İrəvan nümayəndələrinin iştirakı olmadan keçirilməsinə çəkib.
Rusiya Təhlükəsizlik Şurasının katibi, həmçinin Ermənistan rəhbərliyinin Qərb ölkələri ilə "isti münasibətlərindən" sonra rəsmi Moskvaya hər şeyin aydın olduğunu vurğulayıb:
"Ermənistan Azərbaycanla sərhəddə rusiyalı müşahidəçilərin yerləşdirilməsindən imtina etdi, lakin orada Avropa İttifaqının missiyası peydə oldu. İlk mərhələdə dedilər ki, bu, müvəqqətidir, vəziyyət sabitləşənə qədər, cəmi iki illikdir. Amma hələ o vaxt bəzi rəhbərlər bildirdilər ki, bu, iki illik deyil, uzunmüddətlidir.
Özünüz də gördünüz ki, bu yaxınlarda onların qalma müddəti uzadıldı. Düzü, bu gün okeanın tayında şahidi olduğumuz bütün hadisələrdən, isti əl sıxmalardan və imzalanan müxtəlif sənədlərdən sonra biz artıq Avropa müşahidəçilərinin orada nə məqsədlə yerləşdiyini çox yaxşı bilirik".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 may 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta ən son xəbərlər bugün ən son xəbərlər son xeberler 2026