Sərhəddə İNSİDENT: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü - FOTO
Astarada sərhədçilər üç nəfəri narkotiklə yaxalayıblar. Bu zaman onlar sərhədçilərlə silah və avtomobillə müqavimət göstərməyə cəhd ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra" markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən bir ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib.
Saxlanılma zamanı R.Albabayevin sərhədçilərə bıçaqla müqavimət göstərməsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.
Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilib.
Saxlanılmış şəxslərin üzərlərində aşkarlanmış bağlamaya baxış zamanı üç bükümdən 7 kiloqram 755 qram "marixuana"ya bənzər narkotik vasitə götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir