Sərhəddəki son təxribatın gizli MƏQSƏDLƏRİ: 'Yaxın günlərdə

Sərhəddəki son təxribatın gizli MƏQSƏDLƏRİ: 'Yaxın günlərdəXəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirlərinin görüldüyü bildirilib.
Tərəflər arasındakı növbəti sentyabr toqquşması geniş hərbi əməliyyatlarla səbəb ola bilərmi?
azxeber.com-a danışan Elxan Şahinoğlunun fikrinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan məntiqlə sərhəddə gərginlik yaratmaqda maraqlı olmamalıdır:
"İkinci Qarabağ müharibəsi sentyabrda başladı, iki il sonra yenə toqquşma oldu, hər iki tərəfdən itkilər oldu, yenə eyni ay və yenə sərhəddə atışma qeydə alınıb, düşmən itki verib. Növbəti toqquşma yenə Ermənistana xeyrinə olmayacaq və yeni itkilər onun hökumətini daha çox laxladacaq. Ancaq Nikol Paşinyanın məntiqi olsaydı, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməzdi. Paşinyan və onun nazirləri əksinə Qarabağ mövzusunu ön plana çıxarmaqla iki ölkə arasındakı gərginliyin artmasına şərait yaradıblar.  Sərhəddəki son təxribatın başqa məqsədi də var. Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır. İrəvan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevın Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi "Qarabağda xaosa imkan verməyəcəyik" və "erməni separatçıları tərksilah olunmalıdır" açıqlamasını anti-terror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar".
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb:
"Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönətlməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın. Tutaq ki, Qarabağda əməliyyat ləngidi, bu nəyi dəyişəcək ki? İrəvanın və Qarabağdakı separatçıların "vaxt udmaq" taksikası nəticə verməyəcək. Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək".
Şəbnəm Zahir

Sosial       Tarix: 01 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri