Sərhədi qanunsuz keçən əcnəbilər saxlanıldı
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 sərhəd pozucusu saxlanılıb.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Belə ki, aprelin 30-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər – 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, mayın 2-də isə daha iki nəfər Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir