Sərhədimizdəki TIR-lar haqda sensasion versiya

Sərhədimizdəki TIR-lar haqda sensasion versiyaErmənilərin "humanitar TIR" şousu davam edir. Rəsmi İrəvanın Qarabağdakı erməni əhalinin guya "blokadada saxlanması" və "yolların bağlanması" məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığı vaxtda diqqətçəkən iddialar ortaya atılır.
Belə ki, Ermənitsanın Xankəndiyə göndərmək istədiyi TIR-ların sürücülərinin SEPAH agenti olması ehtimalı gündəmə gəlib. Məsələ ondadır ki, rəsmi Tehran Bakı ilə münasibətləri normallaşdırmaq istəsə də, nə regiona baxışı dəyişib, nə də Azərbaycana qarşı mövqeyi…
İran bundan öncə də dəfələrlə separatçılara yardım edib. Erməni işğalı dövründə Tehran Qarabağa həm narkotik ticarət məkanı, həm də çirkli pulların yuyulması üçün ofşor zona kimi baxıb. Bu baxımdan 44 günlük müharibə nəticəsində Azərbaycanın Qarabağda nəzarəti bərpa etməsi ən çox İrana zərbə vurub, demək olar.
44 günlük müharibə sonrası Tehran separatçıların Qarabağda qalması üçün istər silah-sursat, istər kadr, istərsə də maddi dəstək göstərib. Sonuncu belə hal 24 noyabr 2022-ci ildə yaşanıb. Həmin tarixdə Qarabağ ərazisinə 14 xarici ölkə vətəndaşının keçidi baş tutmuşdu. Rəsmi Bakının araşdırmaları nəticəsində həmin şəxslərin İran vətəndaşları olduğu, 12-nin ermənilərin sıx yaşadığı Xuzistan vilayətinin İzeh şəhərindən gəldiyi üzə çıxmışdı.
Bundan başqa, yenə 2022-ci ildə İran Ermənistana hava hücumundan müdafiə qurğuları vermiş, bunların Rusiya sülhməramlılarının icazəsi ilə Qarabağa keçirildiyi məlum olmuşdu.
Bütün bunları nəzərə aldıqda ermənilərin "humanitar TIR"-larını sürən sürücülərin SEPAH agenti olması mümkündür.
Bu şəxslər heç də İran vətəndaşı olmaya bilər. Lakin bu da məlumdur ki, Ermənistan vətəndaşı olan minlərlə SEPAH agenti var. Və bu baxımdan həmin sürücülərin iranlı deyil, Ermənistan vətəndaşı SEPAH agenti olmaq ehtimalı daha yüksəkdir.
Humanitar yüklərin Azərbaycana buraxılmaması fonunda əraziyə İran səfirliyinin əməkdaşının da gəlməsi diqqət çəkir. İran indiki məqamda həmin şəxsləri Xankəndiyə göndərərək üç əsas şeyə nail olmaq istəyir:
Birincisi, Xankəndidə və ümumilikdə regionda real vəziyyəti müəyyən etmək;
İkincisi, Xankəndi və ətraf ərazilərdəki separatçıları təşkilatlandırmaq;
Üçüncüsü, separatçılara təlim keçərək təxribat-diversiya və gerilla müharibələri üzrə yetişdirmək.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı / konkret.az

Siyasi       Tarix: 15 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər