Sərkisyan mənim taboruma gəlmişdi... - İşxanyan

Sərkisyan mənim taboruma gəlmişdi... - İşxanyanBu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.
KONKRET.az xəbər verir ki, 1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahli qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür.
Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sərkisyan hərbi bölmələri yoxlamağa gəlib.
Videogörüntülərdə Monte Melkonyan S.Sərkisyana məruzə edir. S.Sarkisyan ona "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir" – deyir.
Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarkisyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.
Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır.
Daha sonra Serj Sərkisyan əsgərlərlə bir qədər söhbət edir.
Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb.
D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sərkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O, daha sonra bildirib: "Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular".
O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: "Serj Sərkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi – red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Siyasi       Tarix: 05 may 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezenesi cəbhədən son xəbər son xəbərlər azərbaycanda