Sərnişinin halı pisləşdi - Təyyarə Bakıda eniş etdi
İstanbul-Səmərqənd reysini həyata keçirən "Uzbekistan Airways" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib.
Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.
"Airbus A320" təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan və onun razılığı ilə sərnişin uçuş təyinat məntəqəsinə doğru yoluna davam edib.
Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat