Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü işdən çıxarıldı

Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü işdən çıxarıldıİki gün öncə Bakıda gecəyarı sərnişinləri yolun ortasında qoyub gedən "BakuBus"ın sürücüsü işdən çıxarılıb.
azxeber.com-un məlumatına görə, məsələ ilə bağlı "BakuBus"un mətbuat katibi Əsmər Əliyeva açıqlama verib:
"Hadisə saat 23:58- də 5 mömrəli xətt üzrə hərəkət edən 99 JO 118 dövlət qeydiyyat nömrəli avtobusda qeydə alınmışdır. Sürücünün verdiyi məlumata görə özünü pis etdiyindən avtobusu saxlayaraq sərnişinlərə məlumat vermiş və avtobusu tərk etmişdir. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydaların kobud pozuntusuna yol vermiş, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırmışdır. 15 dəq-dən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirmişdir. Hazırda "BakuBus" da sürücünün hərəkəti üzrə daxili araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Sərnişin məmnunluğunun fəaliyyətimizin başlıca prioriteti olduğunu bir daha bəyan edir və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişinləri bundan sonra da sıx əməkdaşlığa dəvət edirik.
Ötən gün baş verən hadisə üzrə daxili araşdırmanın yekunlaşdığını diqqətinizə çatdırır və nəticələrini Sizinlə bölüşürük.
Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin "BakuBus"ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilmişdir.
Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq".

Sosial       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari hava proqnozu dunya xeberleri metbuat xeberleri