Səs-küy salan azarkeşin stadiondan çıxarılmasına DİN-dən REAKSİYA
I Divizionun 24-cü turunda MOİK–"Sumqayıt-2" qarşılaşmasında azarkeşin stadiondan çıxarılmasına Daxili İşlər Nazirliyinin rəsmisi münasibət bildirib.
azxeber.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə deyib ki, bu prosesdə hər hansı hüquqazidd hall yoxdur:
"Məsələ araşdırılıb, xidmətə cəlb edilən əməkdaşlar tərəfindən həmin şəxs intizama dəvət edilib".