Səs-küylü həbslərə start verildi: FETÖ əməliyyatında növbə kimindi? – Sürpriz adlar

Səs-küylü həbslərə start verildi: FETÖ əməliyyatında növbə kimindi? – Sürpriz adlarİyulun 23-də FETÖ-a bağlı dörd nəfərin həbs edilməsi gündəmə bomba kimi düşdü. Məlum oldu ki, bu təşkilat tam ölməyib, ona bağlı şəxslər hələ də qalır, onlar gizli-aşkar fəaliyyət göstərir.
KONKRET.azxəbər verir ki, FETÖ Türkiyədə 2013-cü ilin dekabr ayında dövlətə, Rəcəb Tayyib Ərdoğana ilk açıq həmləsini etdi. Həmin dövrdə baş verənlər Azərbaycan ictimaiyyəti tərəfindən ciddi izləndiyi üçün hesab edirik, proseslər yaddaşlardan silinməyib. İlk açıq çevriliş cəhdi o tarixdə oldu. Ərdoğan hökuməti bu cəhdin qarşısını çevik şəkildə ala bildi.
Təxminən 3 il sonra Türkiyədə hərbi çevriliş cəhdi baş verdi. 15 iyul 2016-cı ildə ordunun ayaqlanması ilə başlayan hadisələrin qarşısı daha da böyümədən alındı. Xalqın, dövlətin çiyin-çiyinə verməsi sayəsində Türkiyə böyük fəlakətin astanasından döndü.
Bunun ardından FETÖ-a qarşı Türkiyə dövləti daxildə və xaricdə geniş miqyaslı əməliyyatlar keçirdi. Bu əməliyyatlar Azərbaycanda da aparıldı. FETÖ-ya bağlı böyük bir şəbəkə təsirsiz hala gətirildi. Azərbaycanda FETÖ əsasən təhsil sistemində və media sahəsində qabarıq şəkildə özünü göstərirdi. "Nurçu" deyilən bu şəbəkə əslində təhsildən səhiyyəyə, biznesdən dövlət idarəçiliyinə, mediadan QHT-ə və s. sahələrə adamlarını yerləşdirmişdi.
Türkiyə dövlətinin məlumatları, dosyeləri, eləcə də Azərbaycan hüquq mühafizə orqanlarının keçirdikləri intensiv əməliyyatlar nəticəsində FETÖ-nün Azərbaycan ayağı ciddi şəkildə zəiflədildi. Lakin illərdir yazılırdı, deyilirdi ki, təşkilat bu və ya başqa formada hələ də qalır, gizli də olsa işini müəyyən qədər davam etdirir. Son əməliyyatlar bu versiyaları təsdiqlədi. Rəsmi məlumatlarla bilindi ki, FETÖ Azərbaycanda tam yox edilməyib.
Səs-küylü həbslərə start verildi: FETÖ əməliyyatında növbə kimindi? – Sürpriz adlarQubad İbadoğlu
İşin ən maraqlı tərəfi budur ki, Azərbaycan Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlu da FETÖ əməliyyatları çərçivəsində saxlanılıb. DİN-in yaydığı rəsmi məlumatda bildirilir ki, Q.İbadoğlu Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında saxlanılıb. Bu isə o deməkdir ki, FETÖ həm də Azərbaycan siyasətində təsir gücünü saxlayır.
Globalinfo.az-a daxil olan məlumata görə FETÖ-ya bağlı şəxslərin siyahısı bunlarla bitmir. Türkiyə dövlətində səhih məlumatların olduğu, Ankaradan göndərilən siyahılar üzrə həbslərin davam edəcəyi istisna deyil.
Deyilənə görə, yaxın vaxtlarda saxlanılan şəxslər arasında sürpriz adlara rast gəlinəcək.//Globalinfo.az

Siyasi       Tarix: 25 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az meherremlik 2026 sou xeberler bugun son xeberler az