Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq
ABŞ Prezidenti Cozef Baydeninin Yaxın Şərqə səfərindən sonra Səudiyyə Ərəbistanı hava məkanını İsrail və oradan uçan bütün kommersiya reysləri üçün açacaq.
KONKRET.az xəbər verir ki, rəsmi Ər-Riyad bu həftə hava məkanını açacağını elan edəcək.
Məlumata görə, krallıq İsraildəki müsəlmanlara Həcc ziyarətində iştirak etmək üçün çarter reysləri vasitəsilə birbaşa təyyarə ilə uçmalarına icazə verəcək.
Cozef Baydenin İsraildən belə reyslərdən biri ilə Səudiyyə Ərəbistanına yolla düşəcəyi gözlənilir.
ABŞ Prezidenti İsraillə krallıq arasında daha sıx əlaqələrin yaranacağına ümidvar olduğunu bildirib: "İki ölkə arasında münasibətlərin tamamilə normallaşması uzun çəkəcək".
Qeyd edək ki, ötən ay "The Jerusalem Post" Səudiyyə Ərəbistanı ilə İsrail arasında yerləşən iki strateji Tiran və Sanafir adalarına İsrail təyyarələrinin krallıq səmasından uçaraq getməsinə dair razılaşmanın olacağı haqqında məlumat yaymışdı. Məlumata görə, Qırmızı dənizin strateji adaları olan Tiran və Sanafir üzərində suverenlik Misirdən Səudiyyə Ərəbistanına veriləcək və bunun qarşılığında krallıq İsrail aviaşirkətlərinə bu ölkənin hava məkanı üzərindən uçuşlara icazə verəcək.
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?