Sevdiyi qıza yuxu dərmanı verib cinsi əlaqədə oldu: 'Rayonda rüsvay edəcəyini dedi

Sevdiyi qıza yuxu dərmanı verib cinsi əlaqədə oldu: 'Rayonda rüsvay edəcəyini dediBakının Yasamal rayonunda 1996-cı il təvəllüdlü Ehtiram Bayramov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidə Həsənovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.
Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonundakı yaşayış komplekslərindən birində baş verib.
Ehtiram kompleksdə yerləşən yaşayış binasının mənzilində qeyri-rəsmi münasibətdə olduğu Xalidə ilə mübahisə edib. O, mübahisə zamanı qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, 2021-ci ildə Zərdab rayonunda aptekdə işləyən zaman Xalidə ilə tanış olub:
"Bir müddət sonra münasibətlərimiz yarandı və biz ilə birlikdə yaşamağa başladıq. Təxminən iki ilə yaxın birlikdə yaşadıq. Bu müddət ərzində Xalidə bir dəfə məndən hamilə qaldı. Bu hamiləliyi sonlandırmaq qərarına gəldik. Xalidə uşağı tələf etmək üçün həkim tapmağımı xahiş etdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, o, Maştağa qəsəbəsində bir xəstəxana tapıb və birlikdə oraya gediblər:
"Mən xəstəxananın içərisinə daxil olmadım. Xalidə özü xəstəxanaya girərək uşağı tələf etdirdi. Bundan bir müddət sonra dəqiq xatırlamadığım tarixdə işdən Xalidə ilə birlikdə yaşadığım mənzilə gəldim. Tanışım ilə telefonla danışdıqdan sonra yatmaq qərarına gəldim".
Ehtiramın sözlərinə görə, axşam saat 23:00-da yuxudan ayılanda mobil telefonunun səssizdə olduğunu görüb və Xalidədən onun telefonunu səssizə qoyub-qoymadığını soruşub:
"Xalidə telefonumu səssizə qoymadığını bildirdi. Mən heç vaxt mobil telefonumu səssizə qoymadığımdan təkidlə bir daha ondan telefonumu səssizə qoyub-qoymadığını soruşdum. Bundan sonra bizim aramızda mübahisə yarandı. Xalidə mənə əl-qol atmağa başladı. Mən evdən getməyim deyə olduğum otağın qapısını bağlamağa cəhd etdi. O, bu hərəkətlə əvvəllər də bir neçə dəfə mənim evi tərk etməyimin qarşısını almağa çalışıb. Mübahisə zamanı anidən əsəbiləşdiyim üçün Xalidənin baş nahiyəsinə vuraraq qolundan tutub yataq otağındakı çarpayının üzərinə atdım və mənzili tərk etdim".
Ehtiram bildirib ki, hadisədən sonra dəfələrlə Xalidə ilə barışmağa cəhd edib:
"Lakin Xalidə məndən 5 000 manat pul tələb etdiyi üçün aramızda barışıq baş tutmadı. Mən əməlimdən peşmanam. Xalidəni hadisənin baş verdiyi gündən başqa heç vaxt döyməmişəm. Ona məxsus 5 000 manat məbləğində pulu ələ keçirməmişəm. Hazırda maddi imkanım olmadığından Xalidə barışıq üçün məndən tələb etdiyi məbləği ona verə bilmirəm".
İş üzrə zərərçəkmiş Xalidənin sözlərinə görə, əvvəllər Zərdab rayonunda aptekdə işləyib:
"2022-ci ilin əvvəllərində aptekdə işə düzəlmək istəyən Ehtiramla tanış oldum. Tanışlıqdan bir müddət sonra Ehtiram məndən xoşu gəldiyini dedi. Ona hələ ailə qurmaq niyyətimin olmadığını bildirdim. Lakin Ehtiram məndən əl çəkmədi".
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin yay aylarında işi ilə əlaqədar Bakı şəhərinə gəlib:
"Ehtiram mənə zəng edərək görüşmək istədiyini dedi. Mən isə ailəm razı olmadığından və aramızda rəsmi nikah bağlanmadığından onunla görüşməyəcəyimi bildirdim. Lakin 2022-ci ilin avqust ayında, axşam saatlarında zəng edərək israrla mənimlə görüşmək istədiyini bildirdi. Ehtiram məni əmin etdi ki, aramızda cinsi əlaqə olmayacaq. Mən ona inandım və həmin gün yaşadığım Yasamal rayonu ərazisində yerləşən mənzilimə gəldi. Ehtiram özü ilə spirtli içki və sok gətirdi. Birlikdə olduğumuz zaman Ehtiramın aldığı soku içdim. Bundan sonra səhəri gün yuxudan ayıldıqda Ehtiramın mənimlə cinsi əlaqədə olduğunu başa düşdüm. O isə mənimlə evlənəcəyini bildirdi. Bu məsələni heç kəsə bildirməməyim üçün məni Zərdab rayonunda rüsvay etməklə hədələdi".
Zərərçəkmiş qeyd edib ki, Ehtiram onu dəfələrlə döyüb, onunla cinsi əlaqədə olub:
"Bir müddət sonra hamilə qaldığım məlum oldu. Ehtiram uşağı tələf etməyə məcbur etdi. Məni Maştağa qəsəbəsində yerləşən xəstəxanaya apardı. Orda USM müayinəsindən keçdim. Mənə bətnimdə çox hərəkətli bir oğlan uşağının olduğunu dedilər. Ehtirama uşağı tələf etdirmək istəmədiyimi bildirəndə məni rüsvay etməklə hədələdi".
O bildirib ki, Ehtiram bir neçə dəfə ondan pul tələb edib:
"Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində məni təkrar döyərək evdə olan dolabdan 5 000 manat pulumu götürüb. Bu səbəbdən Ehtiramla barışmamışam".
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. / azxeber.com

Sosial       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az