Sevgilisi Pərvini maşında boğaraq öldürüb - Rəsmi açıqlama
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyi Gəncədə bir ay öncə itkin düşən Pərvin Musayevanın qətlə yetirilməsi ilə bağlı birgə açıqlama yayıb.
Open.az-a daxil olan məlumatda qeyd edilir ki, 19 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə məlumat daxil olub.
Araşdırma nəticəsində itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Zərərçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar