Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.
Bu barədə "Qafqazinfo"ya onun vəkili Salman Qasımov məlumat verib.
Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.
"Bəniz" kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, "Bəniz" sevgi münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat