Sevgilisinə od vurub yandıran şəxs şikayətini geri götürdü

Sevgilisinə od vurub yandıran şəxs şikayətini geri götürdüTovuzda qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Göygöl rayon sakini Əflatun Ələkbərov müdafiəçisinin verdiyi kassasiya şikayətini geri götürüb.
Open.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya bu səbəbdən müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarıb.
Qeyd edək ki, Ə.Ələkbərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2018-ci ilin noyabr ayında baş verib. Əflatun Ələkbərov 14 noyabr 2018-ci ildə iki li qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nişanə Bayramovanı ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb avtomobillə evlərinə apararkən sifətində makiyajın çox olduğu və alkoqol iyi gəldiyi üçün irad bildirib.
Əflatun Ələkbərov Nişanə Bayramovaya bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib, əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyəib. Qadın isə onun tələbinə əməl etməyəcəyini bildirib. Bundan sonra onların münasibətləri pisləşib və Ə.Ələkbərov onun telefonlarına cavab verməyib.
Nişanə Bayramova başqa telefon nömrəsindən zəng edərək özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini deyib. Ə.Ələkbərov bu halda onu öldürəcəyi ilə hədələsə də, Nişanə Bayramova onunla rəsmi nikahda olduğu arvadı S.Ələkbərovanın istifadəsində olan mobil telefona zəng edib və "iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə" danışıb.
Bunu eşidən S.Ələkbərova evi tərk edib. Bundan əsəbləşən Əflatun Ələkbərov qisas almaq məqsədilə Nişanə Bayramovanın işlədiyi kafeyə gəlib və başına, sifətinə benzin tökərək alışqanla od vurduqdan sonra hadisə yerindən qaçıb.
N.Bayramova iş yoldaşları və digər şəxslər tərəfindən söndürülüb və xəstəxanaya yerləşdirilərək həyatı xilas edilib.
İstintaqa cəlb edilən Əflatun Ələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. report

Hadisə       Tarix: 27 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbini

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən ən son xəbər en son xeber bugünkü son xəbərlər