Sevilin nişanlısı: Onu dağıntılar altından çıxartdım

Sevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımGəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla nişanlanıb. Hər iki gənc indi Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələridir.
AZƏRTAC-ın müxbiri Azərbaycan Dövlət Aqrar Universitetində onlarla görüşüb.
Talışla Sevil bir məhəllədə yaşayırlar. Bir-birilərini də uşaq vaxtlarından tanıyırlar. Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutanda Sevil atası və anası ilə birgə həyətlərinə düşən raket nəticəsində dağıntılar altında qalıb.
O dəhşətli gecədən danışan Talış Şərifov deyib:
"Həmin vaxt evimizin zirzəmisində idik. Gecə saat təxminən 2-də şiddətli partlayış səsi eşitdik. Hiss olundu ki, raket yaxın əraziyə düşdü. Sevilgillə bizim ev yaxın olduğundan qaçaraq onların evinə getdim. Hər yer darmadağın olmuşdu. Toz-torpaqdan göz-gözü görmürdü.
Sevilin ayaqlarını dağıntılar arasında gördüm. Huşunu itirmişdi, başında qan axırdı. Tez onu dağıntılar altından çıxardım. Yeriyə bilmirdi, qucağımda evimizə gətirdim. Xoşbəxtlikdən həmin gecə qardaşı evdə yox idi. Lakin Anar əmi ilə Nurçin xalanın (red - Sevilin valideynləri) axtarışları 12 saat davam etdi. Təəssüf ki, onları xilas etmək mümkün olmadı..."
Talış Şərifovun sözlərinə görə, Sevillə bir-birilərinə hələ uşaq vaxtlarından tanıyırlar.
"O dəhşətli gündən bəri həmişə Sevilin yanındayam, ona dayaq olmağa çalışıram. Bir ömür boyu da yanında olacağam," - deyə o əlavə edib.
Sevil isə o günü belə xatırlayır:
"Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim. O gündən bəri çox ağır psixoloji sarsıntı keçirdim. Talış hər zaman mənim və qardaşım Hüseynin yanında oldu. Erməni vəhşiliyi bizim həyatımızda silinməz iz buraxdı, ancaq biz bir-birimizə arxalandıq və taleyimizi də birləşdirməyə qərar verdik".
Hər iki valideynini itirən Sevil gələcəkdə müəllim kimi işləmək istəyir.
"İstəyirəm ki, gənclərə erməni vəhşiliyindən danışım, qoy, onlar düşmənimizi daha yaxşı tanısınlar", - deyən Sevil həmin günləri heç vaxt unutmayacağını bildirib.
Qeyd edək ki, Sevil Əliyeva və 10 yaşlı qardaşı Hüseyn ana nənəsinin himayəsindədirlər.
Sevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdımSevilin nişanlısı: Onu dağıntılar altından çıxartdım

Sosial       Tarix: 06 may 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm

Sabahın hava proqnozu açıqlandı

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 qarabag xəbər az xeber