Seysmoloq: "Seysmik xəritənin tərtib olunmasının zamanı çatıb" - AÇIQLAMA + FOTO

Seysmoloq: Seysmoloq: "Seysmik xəritənin tərtib olunmasının zamanı çatıb" - AÇIQLAMA + FOTO
"Tektonik aktivlik 2024-cü ildə də davam edəcək".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayev deyib.
Seysmoloq: Onun sözlərinə görə, bu il seysmik aktivləşmə kəskinləşib:
"İyul ayının 4-də də Bakıda zəlzələ hiss olundu. Kəskin şəkildə tektonik aktivləşmə dövrünü yaşayırıq. 2023-cü ilin sonuna qədər davam edəcək. 2024-cü ildə də olacaq.
Zəlzələnin bir neçə növü var. Biz hiss olunan zəlzələni yaşayırıq. Onsuz da hər gün kiçik zəlzələlər olur. Bunu insan hiss etmir. Bu gün isə hiss olunan zəlzələ baş verdi".
Seysmoloq afterşokların olacağını qeyd edib:
"İlk saatlarda ətraf ocaqlarda afterşoklar olacaq. Maqnituda balı təyin olunacaq. 3-3.5 bal gücündə ola bilər. Lakin bu hiss oluna da bilər, olunmaya da. Hiss olunan zəlzələnin baş verməsi istisna deyil.
Xəzər dənizi nəhəng tektonik bölgədir. Tektonik piltələr, meqabloklar, minibloklar bir-biri ilə əlaqədədir. Xəzər dənizinin digər ocaqları aktivləşə bilər. 2023-cü ildə ocaqlar artıq oyanıb, kəskin hərəkətdədirlər. Kəskin hərəkətdə olma prosesi davam edəcək. Bu qaçılmazdır. Mərkəzi və Cənubi Xəzər aktivləşə bilər. Hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Bu ilin axırı, həmçinin 2024-cü ildə də davam edəcək".
Q.Babayevin sözlərinə görə, zəlzələ ilə bağlı maarifləndirmə olmalıdır:
"Zəlzələ haqqında maarifləndirmə olmalıdır. Müəyyən qaydalar var. Onlara əməl edilməlidir. Türkiyədə baş verən zəlzələdən sonra insanlar daha çox qorxmağa başladılar. Ümumiyyətlə, biz nəhəng bir meqablokun üzərində yerləşirik. Bu, Xəzərdən Türkmənistana qədər uzanır. Kiçik qırılmalar olur. Aktiv kəskinləşmə növbəti ildə də olacaq".
"Dəfələrlə demişəm. Bu il də deyirəm. Bakı şəhəri üçün seysmik risk xəritənin tərtib olunmasının zamanı çoxdan gəlib çatıb. Bu, yüngül bir yanaşma deyil. Bir neçə amilləri ehtiva edir. Buna seysmik təhlükənin qiymətləndirmə parametrləri, əhalinin sıxlığı, binaların və ərazinin qiymətləndirilməsi aiddir. Bununla bağlı illik dövlət proqramları olmalıdır. Seysmik xəritə ilə bağlı kifayət qədər biliklərim və təcrübəm var", - deyə Q.Babayev əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler