Şeyxülislam: ABŞ-dən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir

Şeyxülislam: ABŞ-dən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidirMartın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mark Libbini qəbul edib.
QMİ-dən azxeber.com-a verilən xəbərə görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən Şeyxülislam ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, yeni səfirin ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyinə ümidvardır. Fəaliyyət göstərdiyi ölkənin dini lideri ilə müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında görüşməyindən məmnunluq duyduğunu bildirən amerikalı səfir Azərbaycanın dini-mənəvi həyatı ilə yaxından tanış olmaq üçün bu görüşə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Görüşdə QMİ sədri Allahşükür Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verib. Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşadıqlarını, ölkəmizin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırıb, dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbinin məhz bu örnək təcrübə və heç şübhəsiz ki, dövlətimizin apardığı müdrik siyasət, insan həmrəyliyinə xidmət edən ideyaları olduğunu xüsusi vurğulayıb.
Azərbaycandakı dini konfessiya nümayəndələrinin ötən il ABŞ-a səfərini xatırladan Şeyxülislam Allahşükür Paşazadə bu ölkənin müxtəlif din ardıcılları ilə yüksək səviyyədə münasibətlərin mövcudluğunu yüksək dəyərləndirdiyini səfirin diqqətinə çatdırıb. QMİ sədri Azərbaycanın bu il evsahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP 29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel və zirvə görüşləri barədə məlumat verdi.
Səfir M.Libbi fəaliyyətdə olduğu qısa müddətdə Azərbaycandakı dini həyatla bağlı gəldiyi qənaətlərlə bölüşərək bildirib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu vardır.
O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub. Şeyxülislam Allahşükür Paşazadə təəssüflə qeyd etdi ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, Şeyxülislam A.Paşazadə amerikalı səfiri azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət etməyə çağırıb. Bildirib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan və qarayaxmalar yayır. Şeyxülislam bildirib ki, bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir.
Amerikalı səfir bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb. M.Libbi Şeyxülislam A. Paşazadəni qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib və ilk dəfə Azərbaycanda bu bayramı böyük məmnuniyyətlə xalqımızla bərabər keçirəcəyini ifadə edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında dini-mədəni sahədə münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 15 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar en son xeberler cəbhədən xəbərlər cəbhədən son görüntülər